Həyat qayəmiz, yaşadığımız cəmiyyətdə İz qoymaq olduğu üçün, mərkəzin adını İZİM deyə adlandırdıq. İlk başdan hardan başlayacağımızı düşünsək də, qısa zamanda yol xəritəsini çəkdik. İlk işimiz, öz hesabımıza yaşı ən az 20 il olan oyuncaqlar almaqla başladı. İstər ölkədaxili, istər ölkə xaricindən onlarla oyuncaqlar da əldə edərək, müzeyimizin say tərkibini və çeşidini davamlı artırmaqdayıq. Bu yola çıxdığımız səyahət həm ölkə, həm də bəşəri dəyərlərə sahibdir.