Bugün də alışımız davam etməkdədir. Qərara aldıq ki, artıq bu işi ictimaiəyyətə bildirək. Bununla da həm missiyamızı qısa zamanda gerçəkləşdirə bilərik, həm də könüllü şəkildə insanlarımız da bu məqsədin həyata keçməsində iştirakçı ola bilərlər. Nəzərdə tutulan müzey xalqın və gələcək nəsillərə aid olacağı üçün,gücü çatan hər bir şəxsin iştirakını vacib hesab edirik. Mərkəzə bəxş olunacaq hər bir dəyərli oyuncaq, Sizi və nəticədə Bizi təmsil edəcək. Bu işdə bizim sizin köməyə ehtiyacımız var. Bununla bağlı təfsilatıyla qeydlərimizi Sizə yazırıq.